Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq yeni dünya rekorduna imza atıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
 
11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən Lamiyə Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.