"Azərbaycan müəllimi"nin 90 illiyi münasibətilə redaksiyamıza ünvanlanan təbrik məktubları gəlməkdə davam edir. Növbəti təbrik məktubunu Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova göndərib:
 
"Azərbaycan müəllimi" qəzetinin yaradıcı heyətinə!
 
"Azərbaycan müəllimi" qəzetinin kollektivini 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bu qəzet Azərbaycanın təhsil sahəsində çalışanlar üçün önəmli nəşrlərdən biridir. Çünki "Azərbaycan müəllimi" ölkəmizin elm və təhsil ictimaiyyəti, alimlərimiz, pedaqoqlarımız üçün qiymətli mənbə rolunu oynayır. Qəzet ölkənin elm və təhsil sahəsində baş verən yeniliklərlə bağlı alimlərimizin, təhsil işçilərimizin müxtəlif prizmalardan fikirlərini oxuculara təqdim edir. Bu baxımdan, geniş oxucu auditoriyasını əhatə etdiyi üçün qəzetin fəaliyyətini cəmiyyətimiz üçün çox önəmli hesab edirəm. Həmçinin qəzetin ən böyük üstünlüklərindən biri odur ki,  xaricdə yaşayan azərbaycanlı alimlərlə, müəllimlərlə, tələbələrlə daim sıx əlaqə saxlayır. Onların da fikirlərini oxucularına çatdırmağı unutmur.
 
Bir daha "Azərbaycan müəllimi"nə 90 illik yubileyi münasibətilə təbriklərimi çatdırır, yeni-yeni nailiyyətlər arzulayıram.
 
Hörmətlə, Sevinc Məmmədova
Vaşinqton