Sentyabrın 13-də İndoneziyanın Negeri Surabaya Dövlət Universitetinin nümayəndələrinin Sumqayıt Dövlət Universitetinə (SDU) səfəri baş tutub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
​Görüşü Elm və innovasiyalar üzrə prorektor Elşad Abdullayev açaraq qonaqlara universitetin tarixi, strukturu, elmi-tədqiqat fəaliyyətləri və məqsədləri barədə məlumat verib. Negeri Surabaya Dövlət Universiteti haqqında çıxış edən professor Nadi Suprapto, öz növbəsində, universitetin strukturu, tədris proqramları, fakültələri, əcnəbi tələbələr və dayanıqlılıq istiqamətindəki fəaliyyətlər barədə danışıb.
 
Görüşdə iki universitet arasında elmi-tədqiqat, magistratura və doktorantura tələbələrinə rəhbərlik, müəllim və tələbə mobilliyi və digər sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
 
Daha sonra qonaqların universitetin kampusu ilə tanış olmaq imkanı olub.