Təhsil İnstitutu tərəfindən “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək.

Dekabrın 15-də keçiriləcək müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir.

 

Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçiriləcək.  Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək.

 

“Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək müsabiqədə iştirak könüllüdür.