Startapçı tələbələr öz ixtiraları haqqında Prezidentə ətraflı məlumat veriblər


Azərbaycan Texniki Universiteti (AzTU) Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi - “Bakutel-2018”də iki startapla təmsil olunur. AzTU tələbələrindən təşkil olunan “Eagle 2.0” və “Just” komandalarının yaratdığı eyniadlı məhsullar “Bakutel-2018”də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) startaplar üçün ayrılan pavlionunda sərgilənir.

 

4 dekabr 2018-ci ildə, “Bakutel-2018”in birinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailə üzvləri “Bakutel-2018” sərgisinə baxış keçiriblər. Prezident İlham Əliyev və ailə üzvləri startaplarla da, o cümlədən “Eagle 2.0” və “Just” komandalarının yaratdığı məhsullarla tanış olublar. Startapçı tələbələr öz ixtiraları haqqında Prezidentə ətraflı məlumat veriblər.

 

Sərginin sonrakı günləri ərzində startap məhsulları investorlara və digər ziyarətçilərə təqdim olunacaq.