Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova İstanbulda “Tiyatro” qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu Teatr mükafatlarının təqdimetmə mərasiminə qatılıb.

 

Böyükxanım Məmmədbəyovaya Azərbaycanda teatr təhsili sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Teatr Mükafatı təqdim olunub. “Tiyatro” qəzeti bu il yaxşı mənada, ayrıseçkilik edərək bütün kateqoriyalar üzrə mükafatları qadın sənətçilərə verib.  Məqsəd isə qadınlarla bağlı bütün hadisələrin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, qadın əməyinin dəyərləndirilməsidir.