8-9 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib.

 

Beynəlxalq komanda olimpiadası 6 regionda təşkil olunur. Şagirdlərimiz Cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər.

 

Bu region üzrə 19 komandanın qatıldığı müsabiqədə Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə təmsil edib. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb.

 

Müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirməkdir.