Naxçıvan Dövlət Universitetində “İngilis dili” ixtisasının açılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 2006-cı ildə ayrıca korpusda fəaliyyətə başlayan Xarici dillər fakültəsinin  2008-ci ildən etibarən “Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsi adı ilə fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki,  fakültədə “İngilis dili və metodika” və “İngilis dili və tərcümə” kafedraları fəaliyyət göstərir.  “Xarici dil müəllimliyi (ingilis dili)” və “Tərcümə” ixtisaslarının birgə hazırladığı tədbirdə hər iki ixtisasın 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib.

 

Sonda ingilis dilində bədii qiraət edilib. Eyni zamanda ingilis dilində Azərbaycanın xalq mahnısı “Sari gəlin”, və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqili səhnəcik təqdim olunub. Tədbir iştirakçılarda xoş ovqat yaradıb.