Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının, dövlətçilik siyasətinin, zəngin irsinin tədqiq və təbliği məqsədi ilə dekabrın 11–də Bakıdakı 283 nömrəli tam orta məktəbdə  “Heydər Əliyev Azərbaycan gəncliyinin əbədi nümunəsidir” mövzusunda anım mərasimi  keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 

Mərasimi məktəbin direktoru Tünzalə Zeynalova giriş sözü ilə açaraq Azərbaycan xalqının milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı  günlərdə xalqın tələbi ilə Heydər Əliyevin böyük siyasətə qayıdışından və müstəqil Azərbaycanın yaranması tarixindən danışıb. 

 

Məktəbin tarix müəllimi Rəhilə Heydərli Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin gənclərə nümunə olan həyat yolundan bəhs edərək geniş məruzə ilə çıxış  edib. 

 

Daha sonra X – XI sinif şagirdləri arasında ulu öndərin Azərbaycan xalqının dövlətçilik tarixindəki xidmətlərinə aid suallardan ibarət intellektual oyun keçirilib.

 

Qalib komandalar diplomla təltif ediliblər. 

 

Sonda ulu öndər və Prezident İlham Əliyevin dialoqunu əks etdirən kompozisiya nümayiş etdirilib.

 

Rəşad ZİYADOV