Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə şəhər səviyyəsində keçirilən izdihamlı anım mərasimində iştirak edib.  Sonra anım tədbiri universitetdə davam etdirilib. Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dəyirmi masa ətrafına toplaşanlar ulu öndərin həyatından, müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, Heydər Əliyevin vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən danışıblar. UTECA-nın rektoru, professor Akif Süleymanov son illər ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

 

Daha sonra çıxış edənlər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıb, ulu öndərlə bağlı xatirələri yada salıblar.

 

Sonda ümummilli liderin həyat yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.