OECD-nin 2018-ci il hesabatı açıqlanıb


Təhsil və praktika arasında qırılma texnologiyaların inkişafında əsas maneədir.  Bu barədə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ekspertlərinin  elm, texnologiya və innovasiyaların inkişafına dair  2018-ci il hesabatında qeyd olunur.  Sənəddə deyilir ki, informasiya texnologiyaları sahəsində daha praktik biliklər vermək üçün şagirdlərə məktəbdə məntiq və verilənlərin analizini öyrətmək lazımdır.

  

Məruzə  müəlliflərinin fikrincə, məntiq və məlumatların təhlili süni intellektin fəaliyyətini daha yaxşı anlamağa kömək edir. Ancaq  məktəblərdə bu fənni şagirdlərə  nadir hallarda  öyrədirlər.   Daha bir problem odur ki, kompüter elmləri sahəsində təhsil  texniki bacarıqlarda cəmləşir, amma cəmiyyətdə süni intellektin roluna diqqət yetirilmir. Bu da, həmçinin, təlim və praktik fəaliyyətlər arasında qırılmaya gətirir.Texniki işləmələrin cəmiyyətlə əlaqəsi haqqında suallar tez-tez ekspert müzakirələrində yaranır. Ötən il Harvard, Stenford və MİT süni intellektin istehsalçıları üçün əxlaq üzrə kursların tətbiqinə başlayıb.
      

2018-ci ildə  elm, texnologiya və innovasiyaların inkişafına dair hesabat  (Science, Technology and Innovation Outlook 2018) rəqəmsallaşmanın ölkələrin elm və innovasiya siyasətinə necə təsir göstərməsini tədqiq edir.  Buraya məlumatlara girişin genişləndirilməsi,  süni intellektin elm və istehsala təsiri, dövlət idarəçiliyində dəyişikliklər aiddir.
 

Oruc MUSTAFAYEV