Dekabrın 12-də Bakı İdarəetmə və Texnologiya Kollecində   ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir  keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başlayıb.

 

Sonra tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri    Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. Faiq Şahbazlı vurğulayıb ki, ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib. Xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası məhz Heydər Əliyevin adı ilə bağlıdır.

  

Bakı İdarəetmə və Texnologiya Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru  Nərminə Məmmədova “Heydər Əliyevin Azərbaycan dövlətçiliyində rolu” mövzusunda məruzə edib. N. Məmmədova  ümummilli lider Heydər Əliyevin həyat yolu və yürütdüyü siyasət, onun   Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb.

 

Tələbələr ulu öndər   Heydər Əliyevə aid şeir söyləyib, mahnı oxuyublar.

 

Sonda  dahi şəxsiyyətə həsr olunmuş videoçarx  nümayiş etdirilib.  

                                                                                                      

Şakir CƏFƏROV