ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Unudulmaz şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Yasamal  Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent İsrayıl İsgəndərov böyük qurucu, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, onun Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh  naminə göstərdiyi fövqəladə xidmətlərindən söz açıb. 
      

Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov  Azərbaycanın bir dövlət kimi, xalqın isə bir millət kimi yaşamasının həqiqi xilaskarı olan Heydər Əliyevin Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi qeyri-adi şəxsiyyətlərdən biri olduğunu  bildirib.
      

ADPK-nın  müəllimlərindən  İlhamə Əsgərova  və Gülnarə Sadıqova  çıxış ediblər. 
      

Tələbələrin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş  ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
                                                                             

Şakir CƏFƏROV