Qax rayonu İlisu kənd tam orta məktəbində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb turu keçirilib.

 

Təhsil nazirinin  müvafiq əmrinə əsasən müsabiqənin məktəb mərhələsi noyabr və dekabr aylarında keçirilir. Məktəb mərhələsi, əsasən,  bədii əsər oxumağa meyil və maraq göstərən Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandıraraq, təəssüratlarını qısa qeyd ediblər. Daha çox əsər mütaliə etmiş şagirdlər işçi qrup tərəfindən müəyyənləşdirilərək rayon mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi