Saatlı rayon Məzrəli kənd tam orta məktəbinin şagirdləri ümummilli  liderin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzdə Məzrəli kənd tam orta məktəbinin direktor müavini Sara Həsənova ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb.

 

Sonra şagirdlər Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən “Gənclər və Heydər Əliyev irsi” adlı tədbirdə iştirak ediblər.

 

Sonda “Şəxsiyyət” adlı sənədli film nümayiş olunub.

 

Xalid NƏCİYEV,

Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi