İmişli Rayon Təhsil Şöbəsində rayonun ümumi təhsil müəssisələrində çalışan məktəb psixoloqları ilə görüş keçirilib. Görüşdə Metodik Kabinetin müdiri Sevdimalı Hüseynov, “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək olub.

 

Görüşdə Tahir Heydərov məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqlarda məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması ilə bağlı çıxış edib.