Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri yüksəlməkdə davam edir. Artıq dünyanın ən aparıcı universitetlərindən bu ali təhsil müəssisəsinə mühazirə söyləmək üçün elm adamları gəlir, tələbələr qarşısında  maraqlı mühazirələr söyləyir və bu yolla tədrisin daha yüksək səviyyəyə çıxmasına təkan verirlər.

 

Bu günlərdə isə  Rusiya Federasiyasının K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universitetinin  “Bitki mühafizəsi” kafedrasının müdiri, professor, ADAU-nun Fəxri doktoru Fevzi Cəlilov Aqronomluq fakültəsinin tələbələri ilə görüşüb, onlara bitki mühafizəsinin müasir problemlərinə dair mühazirə oxuyub.

 

Mühazirə maraqla dinlənilib və qarşılıqlı dioloq formasında yekunlaşıb, tələbələr tərəfindən səslənən suallar dolğun və elmi əsaslarda cavablandırılıb.