Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) parlamentinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanda parlamentin yaranmasının şanlı tarixindən danışıb. AXC parlamentinin fəaliyyətindən və təhsillə bağlı verilən qərarların əhəmiyyətindən bəhs edən rektor fəaliyyət göstərdiyi qısa müddət ərzində  parlamentin qazandığı uğurlara toxunub.

 

Mllət vəkili Fəzail İbrahimli Azərbaycanın dövlətçilik tarixi, parlamentin oynadığı roldan danışaraq milli parlamentarizm ənənələrinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Anar İsgəndərli bu kimi tədbirlərin elmi, siyasi və böyük mənəvi əhəmiyyəti daşıdığını qeyd edərək Cümhuriyyət illərini Azərbaycan tarixinin şərəfli səhfəsi kimi dəyərləndirib. O AXC parlamentinin demokratik qərarlarından və faəliyyəti müddətində irəli sürülən humanist dəyərlərdən danışıb.