ADPU-da IV Beynəlxalq elmi konfransın yekun iclası keçirilib


Təhsil Nazirliyinin dəstəyi ilə   Azərbaycan Dövlət Pedaqoji  Universitetinin (ADPU) Ukrayna Təhsil Menecerləri Universiteti və  Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə keçirdiyi “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransı başa çatıb.  Dekabrın 21-də  konfransın yekun iclası keçirilib.  

 

İclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov konfransın uğurla keçdiyini, həm plenar iclasda, həm də bölmə iclaslarında səmərəli elmi müzakirələrin aparıldığını vurğulayıb və ADPU-nun rəhbərliyi adından konfrans iştirakçılarına təşəkkür edib.

 

İclasda çıxış edən bölmə rəhbərləri konfransın ADPU-nun böyük potensiala malik olduğunu ortaya qoyduğunu bildiriblər. Qeyd edilib ki, belə elmi konfranslar ADPU-nun professor-müəllim heyətini daha yaxşı fəaliyyət göstərməyə ruhlandırır və belə mötəbər elmi toplantıların davamlı keçirilməsi məqsədəuyğundur.

 

İclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.