Tələbələrin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib


Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi “Xalq çalğı alətləri” kafedrasının hesabat konserti keçirilib.

 

Fakültə daxilində digər musiqi ixtisasları da daxil olmaqla hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Cahangir Cahangirovun, Fikrət Əmirovun, Ramiz Mirişlinin, Emin Sabitoğlunun əsərləri, “Böyük dayaq” kinofilmindən Pərişanın mahnısı, “Şüştər təsnifi” və bir-birindən dəyərli kompozisiyalar nümayiş olunub. Tələbələrinin ifasında həmçinin etüdlər də səsləndirilib.

 

Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib.