Dekabrın 26-da Dəmir Yolu və Metropoliten  üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzində  31 dekabr -Dünya  Azərbaycanlılarının  Həmrəylık Günü və  Yeni  il  münasibəti ilə tədbir  keçirilib.

   

Tədbiri  Mərkəzin  direktoru, pedaqoji elmlər doktoru  Həsən Bayramov  açaraq mühəndis-pedaqoji  heyəti  və tələbələri Həmrəylik günü və  Yeni il münasibətilə təbrik edib. Direktor vurğulayıb ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü hətta milliyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hislərini özündə təcəssüm etdirir.

  

Sonra “Biz həmrəyik” ədəbi bədii kompozisiyaya baxış  keçirilib.

  

Sonda Mərkəzin direktoru H.Bayramov tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi və ictimai, mədəni-kütləvi tədbirlərdə fərqlənən tələbələri mükafatlandırıb.