ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd olunub


Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tələbələri təbrik edib. 2018-ci ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışan rektor, professor M.Babanlı qarşıdan gələn ilin daha uğurlu olacağına ümidvar olduğunu deyib.

 

Tədbirdə ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.