Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov  həmrəylik gününün tarixindən və əhəmiyyətindən danışıb. Rektor əvəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edib.

 

Tədbirdə universitetin ictimai işlərində fəal iştirak edən tələbələrə AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi (GVİİM) tərəfindən Fəxri fərman, diplom və təşəkkürnamə təqdim olunub.

 

Sonra tələbələrin hazırladığı maraqlı bayram konserti nümayiş olunub.