2018-2019-cu tədris ilində  Bakı İdarəetmə və Texnologiya Kollecində metodik    işlərin yaxşı qurulması ilə əlaqədar  araşdırmalar və əməli işlər diqqət mərkəzinə çevrilib. Dinlənilmiş dərslər, kurikulumun tətbiqinin başlanması, müəllimlərin qarşısında mühüm  tələblər qoyduğundan, kollecə bu istiqamətdə səriştəli  kadrların dəvət olunması,  dərslərin dinlənilməsi və öyrədici seminarların keçirilməsi istiqamətində böyük irəliləyişlər vardır.

 

Elə  bu gün kollecdə   genişləndirilmiş seminar müşavirənin   keçirilməsi də buna real sübutdur.  İlk öncə kollecin  direktoru, fəlsəfə doktoru Faiq Şahbazlı kurikulumun tələbləri əsasında  metodik  işlərin təşkilindən  söz açıb  və  müəllimlərin  qarşısında  duran  vəzifələrdən  danışıb.

      

Sonra metodist İlahə Orucova dinlənilmiş dərslər və onların  təhlili haqqında danışıb  və  kurikulumdan irəli gələn məsələlər  barədə ətraflı çıxış edib.

     

Sonda  müəllimlərin  sualları cavablandırılıb.

                                                                                           

Şakir CƏFƏROV