Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) media nümayəndələri, təhsil ekspertləri və İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini izləyib. “SABAH” qruplarında aparılan yazılı imtahanda 300-dən çox tələbə iştirak edib. Müşahidəçilər təhsil ocağında qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu, imtahan üçün lazımi şəraitin yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü  də qeyd edib.

 

Nəzərə çatdıraq ki, ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakını təmin etmək məqsədilə universitetdə sessiya müddətində bütün imtahanların gedişini izləmək imkanı yaradılıb.

                                                                          

Niyazi RƏHİMOV