Qax rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tərbiyə işləri üzrə direktor müavinlərinin növbəti seminarı keçirilib.

 

Seminarda müasir dövrdə ümumtəhsil məktəbində aparılacaq tərbiyəvi işlərin nəzəri-metodik məsələləri, təşkili xüsusiyyətləri, növləri, üsulları və vasitələri mövzularından danışılıb. “Şəxsiyyətin inkişafı və tərbiyəsinə təsir göstərən təbii və sosial amillər, onların xarakterik xüsusiyyətləri”, “Qloballaşma və məktəblilərin milli-mənəvi ruhda tərbiyəsi” adlı məruzələr dinlənilib, müzakirə olunub. Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən həyata keçirilən tarixi günlər, bayramlar, yubileylərin yüksək səviyyədə təşkili barədə tövsiyələr verilib.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi