Böyük şairin 525 illiyinə həsr olunmuş tədbirdə


Bakı şəhəri Hövsan qəsəbəsi Mirzəağa Əliyev adına Mədəniyyət Evində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ölkəmizin tanınmış mədəniyyət xadimləri ilə yanaşı yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri- elmi katib, filologiya üzrə fğlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, aparıcı elmi işçisi, filologiya üzrə fğlsəfə doktoru, dosent Əkrəm Bağırov, böyük elmi işçilər, filologiya üzrə fğlsəfə doktoru Tünzalə Seyfullayeva, filologiya üzrə fğlsəfə doktoru Aytən Quliyeva, Sonaxanım Hadiyeva, elmi işçilər Mircəfər Seyidov və Xoşqədəm Rzayeva iştirak ediblər.

 

Ədəbi məclisdə  dosent Əzizağa Nəcəfzadə “Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatın intellektual poeziyanın zirvəsi kimi”, dosent Əkrəm Bağırov “Orta əsr təzkirələrində Füzuli”, böyük elmi işçi Sonaxanım Hadiyeva “Füzuliyə yazılan təxmislər”, elmi işçi Mircəfər Seyidov “Müasir Azərbaycan nəsrində Füzuli təsiri” mövzularında məruzələr ediblər. Məruzəçilər şairin poetik irsinin özəlliklərindən, əsərlərindəki obraz palitrasından, qəzəl, qəsidə, müxəmməs və poemalarında sənətkarlıq məsələlərindən ətraflı söhbət açıblar.

 

Xatirə gecəsi muğam ustalarının ifasında səslənən Füzuli poeziyası nümunələrdən ibarət konsertlə davam edib.