Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin ilk təqdimatı Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadəyə həsr olunur. “Şagirdlərimi çox sevirəm, onlarla işləmək mənə zövq verir”-deyən Aysel Alızadə ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayıb.