Yanvarın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov Azərbaycan nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azrieli Akademik Mühəndislik Kollecində təşkil olunan tədbirdə iştirak edib.

 

Azərbaycanın bir sıra dövlət qurumlarını təmsil edən nümayəndə heyəti Azrieli Akademik Mühəndislik Kollecinin prezidenti, professor Roza Azhari, həmçinin kollecin professor-müəllim heyəti ilə görüş keçirib.

 

Görüşdə təhsil və elm sahəsində əməkdaşlıq  məsələlər müzakirə olunub.

 

Daha sonra nümayəndə heyətimiz İsrailin İqtisadiyyat Nazirliyində “Fövqəladə hallarda iqtisadi resursların idarə edilməsi” mövzusunda təşkil edilən tədbirdə iştirak edib, həmçinin “Flying carpet” və “Monatours” şirkətlərinin nümayəndələri ilə görüşüblər.