Təlimlər keçmiş müəllim heyətinə sertifikatlar verilib


UNEC-də rektor, professor Ədalət Muradovun iştirakı ilə “Mühasibat uçotu və audit” kafedrası, “İqtisadiyyat” (rus dili) kafedrasının mühasibat uçotu və marketinq fənnini tədris edən əməkdaşları üçün yeni sillabus əsasında təlimlər keçmiş müəllim heyətinə sertifikatların verilməsi mərasimi olub.

 

Tədbirdə rektor Ədalət Muradov inkişaf üçün hərəkətin və istiqaməti düzgün müəyyən etməyin zəruri olduğunu vurğulayıb. UNEC qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün zəruri potensiala sahibdir, lakin bu potensialın artırılması böyük əhəmiyyətə malikdir. Məhz bu məqsədlə UNEC-də mütəmadi olaraq müəllim heyəti üçün peşəkar təlimlər keçirilir, yay və qış məktəbləri təşkil olunur.

 

Bu il qış məktəbində müəllim heyətimizə Türkiyədən və  Kembric Universitetindən təlimçilər dəvət olunacaq. Həmçinin, müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə bu il Türkiyəyə heyətin göndərilməsi nəzərdə tutulub. Eyni zamanda, UNEC-ə istedadlı gənc müəllimlərin cəlb edilməsi prosesi həyata keçirilir, Gənc alimlər şurası yaradılmışdır. Qeyd edilib ki, UNEC müəllim heyətinin xarici dil səviyyəsinin daha da artırılması məqsədi ilə “British Council” təşkilatının da əməkdaşlarımız üçün akademik ingilis dili kursları təşkil etməsi nəzərdə tutulub.

 

Tədbir çərçivəsində təlimlərdə iştirak etmiş müəllim heyətinə sertifikatlar təqdim edilib.