Yanvarın 28-də Qafqazşünaslıq İnstitutunda elmi şuranın iclası keçirilib.

 

İnstitutun Tərcümə,nəşr və informasiya şöbəsindən  bildirilib ki, iclasda 2019-cu il üçün elmi-tədqiqat işlərinin planı , elmi şura üzvlərinin AMEA Rəyasət Heyətinin “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi haqqında”, “Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında” və b. məsələlər müzakirə edilib. Əməkdaşlara beynəlxalq indeksli elmi jurnallarda məqalələrin dərcinə xüsusi diqqət yetirmələri tövsiyə edilib.

 

Elmi şurada institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının ötən ilin dekabrında Rusiyada (Dağıstan) “Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti” adlı beynəlxalq elmi konfransında iştirakına, institutun Qafqaz siyasəti şöbəsinin əməkdaşı Əliyar Əzimovun “Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə Avropa Parlamentinə (Brüssel şəhəri) təcrübə səfəri”nə dair hesabatları dinlənilib.