Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “North West Construction” şirkətinin tələbələr üçün təqdim etdiyi təqaüd proqramını qazanıblar.

   

Təqaüdü AzMİU-nun memarlıq fakültəsinin tələbəsi Nailə Səfərli, inşaat fakültəsinin tələbəsi Tamerlan Rzayev, inşaat fakültəsinin “SABAH” qruplarının tələbələri Camal Məmmədov və Elnur Bediyev  alacaqlar. Proqramı qazanan tələbələrə hər ay (6 ay müddətində) şirkət tərəfindən 150 manat təqaüd veriləcək. Proqramın yekununda tələbələr şirkətdə işlə təmin olunacaqlar. İki mərhələdə keçirilən imtahanlarda iddiaçı tələbələrin ixtisas bilikləri ilə yanaşı, ingilis dili bilikləri də yoxlanılıb. AzMİU-dan birinci mərhələdə iştirak edən 62 tələbədən yalnız 12-si ikinci mərhələyə  keçib. Onlardan 4-ü isə təqaüd proqramını qazanıb.

   

Qeyd edək ki, şirkətin təqaüd proqramı memarlıq, dizayn, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı və digər  ixtisaslarda  təhsil alan tələbələr üçün planlaşdırılıb.

                  

Sifai SƏFƏROVA