“UNEC Extern” Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyinə tətbiq edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatcılığı, Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə 800-ə yaxın sahibkar üçün seminar keçirilib. Ölkənin 8 rayonunda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi seminar ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş “UNEC Extern” Mərkəzində canlı bağlantı rejimində baş tutub. Sahikarlardan canlı bağlantı zamanı daxil olan suallar cavablandırılıb. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında layihələndirilmiş “UNEC Extern” Mərkəzinin üstünlükləri sırasına “online” dərsə istənilən yerdən qoşulmaq, müəllimə “online” sual vermək, “online” müzakirələrdə iştirak etmək, mühazirələrin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq və gün ərzində 9-12 min tələbəyə təhsil vermək imkanları daxildir.