“Şüa” İdman Kompleksində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş 2000-2003, 2004-2005 və 2006-cı illər və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında (şəxsi) stolüstü tennis idman növü üzrə açıq birinciliyi keçirilib.

 

Şəxsi birincilik formasında keçirilən yarışda respublikanın bölgələrindən və paytaxtdan 13 komanda olmaqla 140 idmançı mübarizə aparıb. Yarışda Şabran rayonunu Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin idmançıları təmsil edib. İdmançılarımızdan Zöhrə Abdullayeva II, Elşən Hüseynov III yerin sahibi olub.

 

Qaliblər diplom, medal və kubokla təltif ediliblər.

 

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi