AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə tədqiqat aparılır


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi və  istifadəsi ilə tədris materialların mənimsəməsinə nəzarət üzrə metod və alqoritmlər işlənilir. Bu barədə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev şöbənin hesabatının müzakirə olunduğu iclasda məlumat verib. İnstitutdan verilən məlumata görə, F. Ağayev bu mövzunun şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti olduğunu deyib. Qeyd edib ki, elektron təhsildə LMS kontentinin idarə edilməsi, elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi, universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi, bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması, eləcə də elektron təhsil mühitinin intelektuallaşdırması üzrə metodların işlənməsi də bu istiqamətdə yerinə yetiriləcək tədqiqatlar sırasındadır.

 

Yusif ƏLİYEV