Əsas hədəfi yüksək ixtisaslı kadrlar hazırlamaq olan UNEC bu məqsədlə daim dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir, ən yaxşı tədris və təlim texnologiyalarını tətbiq edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində UNEC ilə Türkiyə universitetləri arasında ikitərəfli əlaqələrin inkişafına töhfə vermək, akademik və inzibati əməkdaşlığı dərinləşdirmək, ən yaxşı təcrübələrin mübadiləsi məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllimlərindən  ibarət nümayəndə heyətinin qonşu ölkənin öndə olan ali təhsil müəssisələrinə səfəri təşkil edilib.

 

Fevralın 4-dən başlamış səfər çərçivəsində nümayəndə heyəti Sakarya Universitetində (Sakarya şəhəri), Ankara Universitetində, Hacettepe Universitetində (Ankara şəhəri), Niğde Ömer Halisdemir Universitetində (Niğde şəhəri), Boğaziçi Universitetində, Koç Universitetində (İstanbul şəhəri) təlim-tədris, həmçinin, inzibati proseslərlə yaxından tanış olacaqlar.