Növbəti təlim ADAU-da baş tutub


Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinə məxsus auditoriyada Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” layihəsi çərçivəsində “Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda növbəti təlim keçirilib.

 

Tədbiri  açan layihə rəhbəri Cəfər Cəfərov layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Qeyd edib ki, əvvəlki təlim sessiyası kimi bugünkü təlim də məhz Gənclər Gününə həsr olunub.

 

 Sonra çıxış edən Aqrar iqtisadiyyat fakültəsinin dekanı, dosent Asəf Qasımov layihə iştirakçılarını salamlayaraq təlimə qatılanlara uğurlar arzulayıb. Çıxışlardan sonra  təlimçi Fərrux Rəhimovun təqdimatında müvafiq mövzuda ikinci təlim keçirilib. Təlimin mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlimdə ümumilikdə 48 nəfər iştirak edib və təlim zamanı iştirakçılar onları maraqlandıran bir sıra sulları təlimçiyə ünvanlayaraq bu istiqamətdə dünyagörüşlərini və biliklərini artırıblar.