Fevralın 7-də “Clarivate Analytic” Şirkətinin (öncə Tomson Reuters) və Azərbaycan Texniki Universitetinin “Elm və innovasiyalar” departamentinin birgə təşkilatçılığı ilə AzTU-da “Elmi strukturlu əsərlərin beynəlxalq jurnallarda nəşr olunması” mövzusunda seminar keçirilib.

 

Seminarda “Clarivate Analytic” Şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina impakt faktorlu jurnallarda məqalələrin yazılmasına dair öz tövsiyyələrini verib. Ineş Kenjina “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  iştirakçılara geniş məlumat verib.