Qurumun yayda keçirəcəyi konfransla bağlı məsələ müzakirə edilib


Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin (UBİKS) rəhbəri Taner Bozkuş Gəncə şəhərinə  işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub. Qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işləri üzrə   prorektor, dosent Anar Hətəmov təhsil müəssisəsinin tarixi, müasir vəziyyəti, maddi-texniki bazası, tələbə gənclərin asudə vaxtının səmərəli təşkli, idmanla məşğul olmaları üçün yaradılan şəraitlərdən danışıb.

 

Görüşdə 2019-ci ilin 18-22 iyun tarixlərində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək UBİKS-nin Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransının bir bölməsinin universitetdə təşkili məsələləri müzakirə edilib.  Sonra müvafiq yerlərə baxış keçirilib.