Narkotik vasitələrin və narkomanlığın qarşısının alınması istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmək məqsədi ilə Balakən Rayon Təhsil Şöbəsində “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda “dəyirmi masa” keçirilib. Redaksiyamıza daxil olan məlumata görə, tədbirdə RTŞ-nin aparıcı məsləhətçiləri, metodistləri, məktəblərin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavinləri, psixoloqlar və uşaq birliklərinin rəhbərləri və başqaları iştirak ediblər.

 

RTŞ-nin aparıcı məsləhətçisi C.Alqayev, metodistlər R.Musayev, M.Əliyeva və Q.Daanova,  Sarıbulaq kənd tam orta məktəbinin təşkilatçı müavini M.Motuxova, Şərif kənd 1 nömrəli tam orta məktəbin təşkilatçı müavini A.Hacıyeva və digər şəxslər çıxış ediblər.

 

Şagirdlər arasında narkomanlıqla bağlı hüquqa zidd hərəkətlərin qarşısının alınması, onların zərərli vərdişlərdən  çəkindirilməsi üzrə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar məktəb rəhbərlərinə tapşırıq verilib.