“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda hansı dəyişiklər olunub?

 

Ali məktəblərə hazırlaşan tələbələri maraqlandıran ən vacib yeniliklərə Cəsarət Valehovun təqdimatı ilə fevralın 14-də saat 12.00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı olaraq yayımlanacaq Təhsil TV-nin “Həftənin sualı” verilişində aydınlıq gətiriləcək. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevdir.

 

Sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz