AMEA Naxçıvan Bölməsində yubileylə bağlı tədbirlərə start verilib


Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyat tarixində görkəmli yer tutan, xalqın milli oyanışında misilsiz rol oynayan dahi yazıçı, dramaturq, publisist və ictimai xadim “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsində bir sıra tədbirlər həyata keçirilir.

 

Böyük ədəbin yubileyi ilə əlaqədar bölmənin Elmi Kitabxanasında “Cəlil Məmmədquluzadə-150” adlı sərgi açılıb. Bir neçə bölmədən ibarət olan sərgidə kitab və monoqrafiyalar yer alıb.

 

Sərgidə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən tədqiqat əsərləri ilə yanaşı, jurnal və qəzet materialları da ziyarətçilərin ixtiyarına verilib.

 

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar bölmədə il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.