Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

 

“Bizim müəllim layihəsi bu dəfə Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həyat Fərzullayevanı təqdim edir. “Şagirdlərim mənim dünyamdır” - deyən Həyat Fərzullayeva müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb.