AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.

 

Belə ki, bu günlərdə görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindən muzeyə nadir kitablar daxil edilib. Nəşrlər alimin qızı, muzeyin Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova tərəfindən  hədiyyə olunub.

 

Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.

 

 

Samirə KƏRİMOVA