Təlimlər“Erasmus+EQAC” layihəsi çərçivəsində təşkil olunub


Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması) çərçivəsində İngiltərənin London şəhərində təşkil olunan təlimlərdə iştirak ediblər. Təlimlərdə universiteti tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Distant qiyabi və əlavə təhsil mərkəzinin direktoru Babək Həsənov, Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva təmsil ediblər.

 

11 Azərbaycan Universiteti ilə yanaşı Azərbaycan Texnologiya Universitetinin də əməkdaşlarının iştirak etdiyi təlimlərin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması  olub.

 

Azərbaycanın tərəfdaş universitetləri İngiltərədə Middlesex Universitetinin Keyfiyyətə nəzarət mərkəzində olub və həmin mərkəzin iş prinsipi ilə maraqlanıblar. Mərkəzin direktoru və koordinatorları fəaliyyətləri ilə bağlı təqdimat keçiriblər.

 

Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Növbəti təlimin  İspanyada keçirilməsi nəzərdə tutulub.