Sağlam həyat tərzi viruslu hepatetlərə yoluxmanın qarşısını alır
Fevralın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) Hind klinikasının həkimləri tərəfindən “Sağlam həyat tərzinin viruslu hepatetlərin yaranmamasında rolu” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir. Gənclərlə bağlı həyata keçirilən layihələrə, qanunvercilikdə edilən dəyişiklilərə və gənclərə göstərilən dövlət qayğısına diqqət çəkən prorektor vurğulayıb ki, Azərbaycan gənclər siyasətinin təməlində gənc nəsilin sağlamlığının təmin olunması, onların pis vərdişlərdən uzaq tutulması və yoluxucu xəstəliklərdən müdafiəsi dayanır.
Hind klinikasının rəhbəri dr. Ronald Dmello və klinikanın həkim koordinatoru Şəfaqət Tağıyeva viruslu hipatetlərin (B,C,D) yaranma, yayılma səbəbləri, əsas əlamətləri, ilkin yardım və profilaktikası haqqında tələbələrə geniş məlimat veriblər. Qeyd olunub ki, xəstəlik aşkarlandıqda tezliklə müalicə aparılmasa həyati təhlükə yaranır və müalicənin gecikdirilməsi tam sağalma ehtimalını azaldır.
Sonda dr. Ronald Dmello tələbələrlə görüş üçün yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.