Azərbaycanda 21-fevral-Beynəlxalq Ana Dili Günü qeyd olunur. Bu münasibətlə Sumqayıtdakı Gənclər Evində bilik yarışı keçirilib.  Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə  baş tutan tədbirdə, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək, ölkə rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, respublikamızda gənclər siyasətinin uğurlu inkişafından söz açıb. Bildirilib ki, yarışmanın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını stimullaşdırmaq və elmin nüfuzunu yüksəltməkdən ibarətdir.

 

Tədbirdə şəhərin müxtəlif sahələrindən olan gənclərdən ibarət 10 komanda olmaqla 50 iştirakçı öz bilik və bacarıqlarını sınayıb. I yeri 1 nömrəli Peşə Liseyinin “Zəfəran”, II və III yerləri isə 16 nömrəli tam orta məktəbin “Hünər” və “Ulduz” komandaları  tutub.

 

Qalib komandalar fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılıb.

 

 

Sifai  SƏFƏROVA