Qlobal istiləşmə ilə mübarizədə kömək edəcək


Süni yarpaqlar fotosintez prosesini təqlid edir, lakin bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə olunur. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.

 

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir.  Kapsulun  daxilindəki  süni  fotosintez  bloku  karbon  dioksidi  monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.

 

Hesablamalara görə, uzunluğu 1,7 metr, eni 0,2 metr təşkil edən 360 yarpaq gün ərzində təxminən yarım ton karbon oksidi istehsal edəcək.