GDU-nun əməkdaşları Niderland Biznes Akademiyasında təlim və seminarlarda


Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində Niderland Biznes Akademiyasında təlim və seminarlar təşkil edilib.

 

Gəncə Dövlət Universitetinin əməkdaşları - İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev təlim və seminarlarda iştirak ediblər.

 

6 ölkədən olan 10 universitetin təmsilçiləri bir araya gələrək Mediasiya: təlimin və cəmiyyətin transformasiyası (MEDİATS) adlı layihənin ilkin görüşündə fikir mübadiləsi aparıblar. Təlim və seminarlarda mediasiya federasiyasının yaranması və mediasiya sahəsində magistr ixtisasının açılması müzakirə edilib.

 

Sonda hər bir ölkənin nümayəndələri 3 il davam edəcək layihənin uğurlu həyata keçirilməsi üçün hərəkət planı təqdim ediblər.