Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin və "Şəms" Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Xocalı faciəsi ilə bağlı "Vikipediya"da müxtəlif dillərdə məqalələr yaradılıb.

 

"Vikipediya"da Xocalı soyqırımı ilə bağlı ispan və Ukrayna dillərində 8, italyan və ərəbcə 12, fars dilində isə 3 məqalə yaradılıb. Ərəb və fars dillərində məqalələr Azərbaycan Dövlət Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

 

"Xocalı abidəsi", "Ana harayı abidəsi", "Haaqa şəhərində Xocalı abidəsi", "Xocalı soyqırımının tanınması" və digər məqalələrdə Xocalı faciəsi barədə geniş məlumat verilir, onun acı nəticələrindən bəhs olunur. Milli qəhrəmanlar Əlif Hacıyev və Tofiq Hüseynov haqqında məlumatlarda isə onların həyatı və keçdiyi döyüş yolu barədə ətraflı danışılır, Xocalının müdafiəsi zamanı göstərdikləri şücaətlərdən söz açılır.

 

Samirə KƏRİMOVA